Masallı gənclərinin "Beynəlxalq Muzeylər Günü" ekskursiyası
18 May bütün dünyada "Beynəlxalq Muzeylər Günü" kimi qeyd edilir.
Bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Muzey ilk növbədə insan əməyi, zəkası ilə yaradılan gözəllik deməkdir.
Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən bəri 18 may Muzeylər Günü kimi qeyd edilir.Bu bayram bir qayda olaraq xalqlar arasinda mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.Muzeylər mənəvi dəyərləri toplayan,qoruyan və təbliğ edən müəssisələrdir.
17 May 2021 ci il tarixində pandemiya qaydalarına riayət etməklə Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşları "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində ekskursiyada oldu.
Masallı rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva
Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəllif illərdə Masallı rayonuna tarixi səfərləri haqqında məlumat verdi.
Muzeyin direktoru Əntiqə Tağıyeva Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun hakimiyyəti dövründə geniş muzey şəbəkəsinin yaradılmasından, xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanmasında bir ölkə başçısı və vətəndaş kimi gördüyü geniş miqyaslı işləri və bu sahəyə göstərdiyi qayğını qonaqların nəzərinə çatdırdı.
Daha sonra I və II Qarabağ müharibələri və şəhidlərimiz haqqında geniş məlumat verildi.