“Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir
18 may tarixində Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyində 18 may “Beynəlxalq Muzeylər Günü” münasibəti ilə “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir keçirildi.
Tədbirdə “Halay“ floklor qurupunun veteranları, mədəniyyət işçiləri , Asan xidmətin və muzeyin könüllüləri iştirak etdilər.
İlk olaraq Qarabağda zəfər çalan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin rəhbəri Əntiqə Tağıyeva muzeylərin mədəniyyətimizin tanınması və təbliği işində üzərinə düşən əsas işdən geniş danışaraq ,Beynəxalq muzeylər günü münasibəti ilə hamını təbrik etdi.Bu ilki muzeylər günün daha fəxarətlə qeyd etdiyimizi və tam, bütöv Azərbaycan olaraq əsil bayram əhval-ruhiyyəsində olduğumuzu vurğuladı.
Xarıbülbül festifalının iştirakçıları olan “Halay“ floklor qurupunun rəhbəri Natvan Əliyeva festifalda iştirak etdikləri iki gün müddətində keçirtdikləri təsürat və hisslərdən tədbir iştirakçılarına geniş müəllumat verdi.
Tədbirdə muzey rəhbərliyi tərəfindən pandemiya dönəmində muzey işinın təbliğində fərqlənən bir sıra gənclər Fəxri Fərmanla təltif olundu.
Tədbirin sonunda Veteran Nənələr Cıdır düzündə ifa etdikləri “Qarbağ Azərbaycandır “nəğməsini canlı səslədirdilər və xatirə şəkil çəkdirildi.