Şriftin ölçüsü :

Saytın rəngi :

“Muzeylər Milli sərvətimizdir” mövzusunda onlayn tədbir

19 may 2021 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzi tərəfindən 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Muzeylər Milli sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə tədbir iştirakçılarını salamlayıb. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Gününün bütün dünyada hər il geniş qeyd edildiyini bildirib.
Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Masallı rayon Heydər Əliyev Mərkəzində, Ulu Öndərin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini əks etdirən foto-şəkillərdən ibarət eksponatlar nümayiş olunur. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər  barədə məlumat verib.
Heydər Əliyev siyasətinin ölkəmizin tarixində əvəzedilməz rolu olduğunu qeyd edən G. Vəkilzadə Prezident İlham Əliyevin hazırda bu siyasəti uğurla davam etdirdiyini və 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərin bu siyasətin ən önəmli nəticəsi olduğunu diqqətə çatdırıb.
Yekunda tələbələr üçün onlayn ekskursiya keçirilib.

Keçidlər