Masallı RTŞ-nin geniş tərkibdə onlayn iclası
19 may 2021-ci il tarixdə Masallı RTŞ-nin əşəkdaşları və məktəb direktorları iştirakı ilə onlayn iclas keçirildi. İclasda 120 nəfər iştirak edirdi. Canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov qeyd etdi ki, dövlətimizin apardığı səmərəli və qabaqlayıcı tədbirlər nəticəsində COVİD-19 pandemiyasına qarşı effektiv mübarizə aparılır. Bunun nəticəsidir ki, ölkəmizdə yoluxanların sayında kəskin azalma müşahidə edilir. COVİD-19 pandemiyasına qarşı ən effektiv mübarizə üsulu vaksinasiya prosesidir. Vaksinləşmə prosesində bütün təhsil müəssisələri iştirak etməlidir.
Tariyel Əkbərov onu da əlavə etdi ki, Təhsil nazirinin əmrinə uyğun olaraq məktəblərdə yaranan vakant texniki işçi yerləri şəhid və qazi ailələrinə təklif olunmalıdır. Bundan əlavə o, qeyd etdi ki, XI siniflər üçün keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı geniş təhlil aparılacaq və bu barədə məlumat veriləcəkdir.