Masallıda abadlıq-quruculuq işləri davam edir
Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun uğurlu kadr siyasəti davam edir. İki həftə öncə icra başçısının müvafiq əmri ilə Xudayar Canəli oğlu Həsənov rayonun Öncəqala kənd inzibati ərazisi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək, Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin olunub.
Xudayar Həsənov MKTBİ-yə rəis təyinatı aldığı qısa müddət ərzində sanki Masallı şəhəri bir az da gözəlləşib, abadlaşıb.
Xudayar Həsənovun rəhbərlik etdiyi kollektiv rayonun mərkəzi hissəsi sayılan - Heydər Əliyev prospekti, Azərbaycan, Qarabağ və Zərifə Əliyeva küçələrində böyük abadlıq-quruculuq işləri həyata keçiriblər.
Xudayar Həsənov bildirib ki, MKTBİ-nin bütün texnika və işçi qurupları gün ərzində rayonun bütün ərazilərində xidmət göstərir. “Rayonumuzu təmiz saxlamaq üçün əlimizdən gələni əsirgəmirik.
Hazırda rayonda abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. Məktəblərə yaxın və digər böyük küçələrdə olan piyada keçidləri yenidən boyanıb, yol qırağında olan səkilər rənglənir. Heydər Əliyev parkı, Qəhrəmanlar parkı və Bayraq Meydanında olan ağaclara ağ əhənglər vurulur, yeni ağac tingləri əkilərək suvarma sistemləri vasitəsi ilə onlara qulluq edilir.”