Masallıda ot biçini davam edir
21 may 2021 | 16:00
Böyük heyvandarlıq rayonlarından olan Masallıda hər il xeyli qaba və şirəli yemlər tədarük olunur. Bu da rayonda heyvandarlığın inkişafını, ət və süd məhsullarının bolluğunu təmin edir.
Hər il rayonda bol və keyfiyyətli qaba yem tədarükü üçün 6600 hektardan çox sahədə ot biçilir. Mövsümü vaxtında başa çatdırmaq üçün biçənəklərə təkərli traktorlar, otçalanlar, dırmıq və otbağlayanlar saz halda çıxarılır. Bu il də ot biçininə geniş hazırlıqdan sonra başlanıb. İndiyə kimi 3 min hektardan çox sahənin otu biçilib, bağlanıb daşınmışdır.