Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq" mövzusunda onlayn görüş

21 may 2021 | 16:00

21 may 2021 ci il tarixində  "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
  Tədbirdə Uğur psixoloji və nitq inkişaf mərkəzinin psixoloqu Süsən Axundova çıxışında bildirmişdir ki,İnsan alveri böyük kapital qoyuluşu tələb etməsi,köləliyin müasir forması olub,insan və azaqlıqlarının pozulması,mütəşəkkil transmilli cinayətkarlığın xüsusi bir növüdür.
Azərbaycan Respublikası insan alveri ilə mübarizəyə 2000-ci ildən başlamışdır. Məhz 2000-ci ildə Azərbaycan Respublikası BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasına və Polermo protokoluna"qoşulmuşdur.
4 avqust 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "İnsan alverinə Qarşı Mübarizə haqqında Azərbaycan Respublikasının qanunu" imzalamışdır.
Tədbirdə psixoloq Süsən Axundova qeyd etmişdir ki,İnsan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları, üsul və vasitələri ilə bağlı,həmçinin yeniyetmələr üçün insan alveri anlayışı, insan alveri qurbanları, potensial qurbanlarla işləmə prinsipləri və qaydaları, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan respublikası üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib,və tədbirdə uşaqlarımızın hüquqlarını bilməyi,özünü ifadə etmək,özünü müdafiə etmək, yox demək,özgüvən kimi psixoloji məqamlar izah edilmişdir.İnteraktiv şəraitdə davam edən təlimin sonunda gənclərin sualları cavablandırılıb.

Keçidlər