Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsan hüquqlarının müdafiəsi" mövzusunda onlayn görüş

22 may 2021 | 16:00

22 May 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "İnsan hüquqlarının müdafiəsi" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir. Tədbirdə Təlimçi Ramal Şükürov çıxışında bildirmişdir ki,İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.Hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə dövlət təminat verir. Aydındır ki, insan hüquqlarının qorunması və başa düşülməsi əsasən milli səviyyədəki inkişaf və mexanizmlərdən asılıdır. Milli səviyyədə mövcud olan qanun-lar, siyasətlər, prosedur və mexanizmlər hər bir ölkədə insan hüquqlarının təmin olunması üçün əsasdır. Buna görə də, insan hüquqlarının milli konstitusional və hüquq sistemlərinin tərkib hissəsi olması, ədalət mütəxəssislərinə insan hüquqları standartlarının tətbiqi ilə bağlı təlim keçilməsi, insan hüquqlarının pozuntularının pislənməsi və onlara qarşı sanksiyaların qəbul edilməsi vacibdir. Təlimçi Ramal Şükürov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. İnsan hüquqlarının əhəmiyyəti onların qorunmasını təmin edən vasitələrdə daha geniş şəkildə əks olunur. Bu, yalnız insan hüquqları aktivistlərinin deyil, həmçinin, ümumilikdə bütün insanların qələbəsi hesab olunmalıdır. Bu uğur nəticəsində çoxsaylı və hərtərəfli insan hüquqları,mətnləri və icra prosedurları inkişaf etdirilmişdir.İnsan hüquqları vasitələri adətən əsas üç kateqoriya üzrə ayrılır: coğrafi bölgü (regional və ya universal), hüquqların təmin olunduğu kateqoriya və, uyğun gəldikdə, qorunmanın verildiyi şəxslər və ya qrupların spesifik kateqoriyası.Bu kimi bir çox məqamlara toxunularaq maarifləndirici söhbət aparıldı və gənclərin sualları cavablandırıldı.

Keçidlər