Şriftin ölçüsü :

Saytın rəngi :

Komitə sədri Masallıda vətəndaşları qəbul etdi

04 sentyabr 2015 | 15:00

04 sentyabr 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallı, Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinləri qəbul etmişdir.
Komitə sədri və qonaqlar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla dahi rəhbərə dərin ehtiramlarını bildirmişlər.
Qəbulda insanların problemləri ilə bağlı müraciətləri dinlənildi. Bu müraciətlər arasında ev təmiri, ünvanlı sosial yardım, məşğulluq, müalicə və digər məsələlər yer tuturdu.
Qəbulda iştirak edənlərdən Masallı şəhər 2 saylı uşaq bağçasının müdiri Naibə Aslanova,  Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyev, Cəlilbad rayon sakini Faba Nuriyev və başqaları zorakılığa məruz qalmış qadın və uşaqlar üçün sığınacaq mərkəzinin yaradılması, erkən nikahlarla bağlı qanunvericilikdə bəzi maddələrin sərtləşdirilməsi və regionlarda da gənc ailələrə ipoteka krediti verilməsinin tətbiqi barədə fikir və təkliflər səsləndirildi.
Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, həll edilməsi istiqamətində tapşırıqlarını verdi və nəzarətə götürdü.

Keçidlər