“Hürriyyətə aparan yol” adlı onlayın tədbir
Rəhim Tağıyev adına Masallı Rayon Tarix -Diyarşünaslıq muzeyində “28 may Respublika günü” ilə əlaqədar “Hürriyyətə aparan yol” adlı onlayın tədbir kecirilib.
Mayın 26- da muzeydə Respublika günü ilə bağlı ” Hürriyyətə aparan yol” mövzusunda tədbir kecirilib. Tədbirdə Böyük Kolatan, Qızılağac kənd tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak etdilər.
İlk olaraq ,Vətən uğrunda qəhramanlıq göstərmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika , ilk demokratik, hüquqi , dünyəvi dövlət nümünəsi prinsiplərinə sadiq qalaraq Ulu ondər Heydər Əliyevin “ Biz Azəraycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cumhuriyyətinin varisiyik” fikri ilə yenidən bərpa olub öz müqəddaratını, həqiqi yolunu tapdığını söylədi.Ə.Tağıyeva Demokratik Xalq Cumhuriyyətin yaranma tarixindən geniş məlumat verərək tədbir iştirakçılarını Respublika günü münasibətilə təbrik etdi.
Muzeyin elmi işçisi D. Məmmədova müasir ,müstəqil Azərbaycanımızın hüquqi,siyasi,iqtisadi,hərbi və milli maarif sahələrinin məhs 23 aylıq Demokratik Respublikanın qurucularının qoyduqları yoldan bəhrələndiyini çıxışında qeyd etdi.
Tədbirin sonunda muzeyin ekspozisiya zalında Resbuplika günü ilə bağlı təşkil olunmuş foto sərgiyə virtual baxış keçirildi.