Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Respublika Gününə həsr olunmuş tədbirlər

27 may 2021 | 16:00

      1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
       XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
       Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
       Xalqımızın milli kimliyinin təcəssümü olan Respublika Günü azadlıq, istiqlaliyyət bayramı kimi rayonun ümumi təhsil məktəblərində də böyük sevinc və təntənə hissi ilə qeyd edilir. Rayonun təhsil müəssisələrində pandemiya qaydaları gözlənilməklə 28 May - Respublika Gününə  həsr olunmuş tədbirlər keçirilir. Tədbirlərdə Respublika Günü ilə bağlı geniş məlumat verilməklə yanaşı, şagirdlər tərəfindən müxtəlif ədəbi-bədii kompozisiyalar, rəsmlər nümayiş etdirilir, mahnılar və şeirlər dinlənilir.

Keçidlər