Masallıda İctimai Şuranın ilk iclası keçirildi
Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilk iclaslarını keçirdilər. İclasda üzvlər, səsvermə yolu ilə İctimai Şuraya , Sədr, Sədr müavini və Katib seçiblər.
Yeni yaradılan, İctimai Şuraya Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini, "Tərəqqi Medalı" uzun illər rayon qəzetinin baş redaktoru olmuş, Mehdiyev Əyyub Məmməd oğlu sədr ;
Azərbaycan Vətən Müharibəsi Veteranları birliyinin sədri, uzun illər rayonda məsul vəzifələrdə rəhbər işləmiş ,Məmmədov Cəmil Kamil oğlu , İctimai Şuraya sədr müavini ;
Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC direktoru, Vafiq Xəlilov İctimai Şuraya katib seçilmişdir.
Daha sonra, qarşıda duran məsələlər, şuranın növbəti iclasının tarixi müzakirə olunmuşdur. Üzvlərə İctimai iştirakçılıq haqqında məlumat verilmişdir.