Köhnə Alvadı ərazisində abadlıq-quruculuq işləri
31 may 2021 | 16:00
Masallı rayon Köhnə Alvadı kəndi ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
Belə ki, Köhnə Alvadı ərazisində kənd qəbirstanlığında, mərkəzi yolun kənarı kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb.
Qeyd etmək istəyirik ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısının Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahir Qarayev və fəallar təmizlik işində nümunə göstərir, əsl vətəndaşlıq təəssübkeşliyi göstərirlər.
Qeyd edək ki, Köhnə Alvadı kəndinin fəalları bu xeyirxah missiyanı mütəmadi davam etdirirlər.