Təzəkənd ərazisində su kanalı təmizləndi
31 may 2021 | 16:00
Masallı rayon Təzəkənd ərazisində 500 metrlik su kanalı məişət tullantılarından təmizlənmişdır. Ənənəvi şəkildə aparılan kənd təsərrüfatı sahəsinə kömək işləri fəal vətəndaşların hesabına həyata keçirilir.
31 may 2021-ci il tarixdə Təzəkənd kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilən məlumata görə son bir neçə illər ərazidə, yay vaxtları kənddə su qıtlığı yaranır. Buna səbəb ərazidən keçən su kanallarının məişət tullantıları və artıq torpaqla dolu olması olur. Ona görə də Təzəkənd İƏD üzrə nümayəndəliyi və kəndin fəalları həmin işi vaxtlı-vaxtında yerinə yetirilməyə təşəbbüs edirlər.