Masallıda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Masallı rayon İcra hakimiyyətinin başçısı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhər uşaq bağçalarında olub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın əməkdaşları 01 iyun 2021-ci il tarixdə, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhərdə fəaliyyət göstərən şəhər 1, 2, 3, 4 saylı, eləcədə «Viləş» və «Şəkərbala» uşaq bağçalarında olub, buradakı şəraitlə yaxından tanış olub.
Tədbirlər başlamamışdan əvvəl Dövlət himnləri səsləndirilib.
Ara məsafəsi gözlənilmək şərtilə RİH başçısı uğaqlarla, onların tərbiyəsi ilə məşğul olan müəllim və onların valideynləri ilə səmimi söhbət edərək, əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Dövlətimiz və Azəbaycan Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqların hər an qayğı ilə əhatə olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam, vətənpərər ruhda, əsl vətəndaş kimi böyümələri, tərbiyə olunmaları üçün hər cür şərait yaradıldığını bildirib.
Sonra rayon rəhbəri məktəblilərin söylədikləri Ana, Vətənimiz Azərbaycan, Ulu Öndər, Qarabağ, Qalib Sərkərdə, dostluq və s. haqqında şeirləri dinləyib, mahnılara qulaq asıb, ifa etrdikləri rəngarəng rəqslərinə tamaşa edib.
Bağça kollektivləri əlamətdar bir gündə, körpə balaları təbrik etmək üçün bağçalara gəlməsinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Uşaqlara olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı işlərə görə ölkə başçısı möhtərəm İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıblar.
Uşaqlarla səmimi görüşən rayon icra başçısı onlarla xatirə şəkilləri çəkdirib.