Şriftin ölçüsü :

Saytın rəngi :

Əmirtürbə məktəbi üçün əlavə sinif otaqları

15 sentyabr 2015 | 15:00

Sentyabrın 15-də Əmirtürbə kənd ümumi orta məktəbi üçün tikilmiş əlavə sinif otaqlarının açılış mərasimi oldu. Bu münasibətlə düzənlənən tədbiri giriş sözü ilə Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlövsət Muradov açdı. Natiq qeyd etdi ki, yeni sinif otaqları tədrisi ikinövbəlikdən qurtaracaq, dərs şəraitini xeyli yaxşılaşdıracaq. Kənd nümayəndəsi bu qayğıya görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Əmirtürbə ümumi orta məktəbinin direktoru Gülağa İsayev, kənd ağsaqqalı Aşur İsayev, tikintini həyata keçirən Az.KİL 2-nin layihə rəhbəri Sübhan Əsgərov çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır. 
Məktəblilər ulu öndər Heydər Əliyev və Vətən haqqında şeirlər səsləndirdi.
Masallı RİH başçısı Rafil Hüseynov toplaşanları salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür: sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 99 məktəbdən 40-a yaxını ya tikilib, ya da təmir olunub. Bundan 18-i son üç ilin payına düşür. Əmirtürbədə layihənin həyata keçirilməsi sevindirci haldır. Daha iki kənddə belə tədbirin reallaşacağını açıqlayan sözçü hamının adından Prezident İlham Əliyevə və layihənin icraçısı Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə minnətdarlıq ünvanladı.
Sonra Rafil Hüseynov və Sübhan Əsgərov məktəbin açılış lentini kəsdilər. Sinif otaqlarına baxış keçirildi.

Keçidlər