Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ümidim Sənsən” İB şəhid uşaqları ilə birlikdə

01 iyun 2021 | 16:00

01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq “Ümidim Sənsən” İctimai Birliyi Masallı rayonunun turizm zonasında təbiət qoynunda şəhid ailələrinin övladlarını bir yerə toplayaraq dəstəyini nümayiş etdirmişdir.

Şəhid övladlarının daim diqqətdə saxlandığını qeyd edən “Ümidim Sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı Vətən Müharibəsi dövründə də, sonrada və hər zaman şəhid övladların yanında olacaqlarını onlara dəstək olacağını bildirmişdir.
Şəhid ailələri öz növbələrində onlara və övladlarına göstərdiyi diqqət və qayğıya görə İctimai Birliyə və şəxsən Fidan Abbaslıya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər