Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının rəhbər işçiləri şəhid uşaqları ilə

02 iyun 2021 | 16:00

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayon İcra hakimiyyətinin əməkdaşları ərazilərdə şəhid övladları ilə görüşmüşlər.

Görüş zamanı Masallı rayon İcra hakimiyyəti başçısnın I müavini Məmmədhüseyn Hüseynov, Masallı rayon İcra hakimiyyəti başçısnın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıilması şöbəsinin müdir müavini Niyazi Bağırov və başqaları ərazilərdə azyaşlı uşaqları olan şəhid ailələrini ziyarət etmiş, şəhidlərin övladlarını 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş və onlara müxtəlif hədiyyələr təqdim etmişlər.

Şəhid ailələri onlara və övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Ölkə başçısı Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnatdarlıqlarını ifadə etdilər.

Keçidlər