TÜTÜN ƏKİNİ SÜRƏTLƏNİR
02 iyun 2021 | 16:00
Bir neçə ildir ki, Masallı rayonunda tütünçülüyün inkişafına önəm verilir. Ərazilərdə təsərrüfatın bu sahəsi yenə də diqqətdədir. Bu il rayonda 53 hektar tütün əkilməsi proqnozlaşdırılıb.
Bir neçə gündür ki, əkin davam edir. Masallı DAİM-dən aldığımız məlumata görə hazırda 16,4 hektar sahəyə şitil köçürülüb.
Ərkivan, Banbaşı, Hişkədərə, Qızılağac, Mahmudavar, Həsənli və başqa ərazilərdə əkin sürətlə davam edir.