Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda məhsul yığımı

03 iyun 2021 | 16:00

Masallı rayonunda 1145,8 hektardan bitkiçilik məhsulları toplanıb

Masallı respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Zəngin iqlimi, relyefi, əkinə yararlı və məhsuldar torpaqları rayonda kənd təsərrüfatının bir çox sahələrinin inkişafına müsbət təsir göstərib. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün daxili imkanlar çoxdur.
01.06.2021-ci ilə Masallı rayonu üzrə 1145.8 hektar sahədən bitkiçilik məhsulları toplanıb. Əkin sahələrinin 167 hektarını dənli və dənli paxlalı bitkilər,  387 hektarını kartof, 591.8 hektarını tərəvəz bitkilər təşkil edib.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, rayonda 416.3 ton dənli və dənli paxlalı bitkilər, 5930.9 ton kartof, 13925.1 ton tərəvəz bitkiləri istehsal olunub.
2020-ci ilin payızında rayonda cari ilin məhsulu üçün 17 min 219 hektar sahədə şum aparılıb, 13 min 350.5 hektar sahəyə taxıl səpilib. Taxıl əkinlərinin 7 min 496 hektarını buğda, 2 min 842 hektarını arpa, 3 min 012.5 hektarını isə xəsil arpa sahələri təşkil edir.

Keçidlər