Təhsil nazirliyinin əməkdaşları Masallıda
03.06.2021-ci il tarixdə Masalli Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Rəşad Tağıyevlə Masallı, Yardımlı, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdirləri, müdir müavinləri və 14 nömrəli ƏMHM-nin rəhbəri ilə görüşü olmuşdur. Görüşdən əvvəl Rəşad Tağıyev rayonun bir neçə ümumtəhsil məktəbində olmuş, karantin rejimi dövründə tədrisin, təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, təkliflər dinlənilmişdir.
Masalli Rayon Heydər Əliyev Mərkəzində olarkən tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoymuş, sonra Masalli Rayon Heydər Əliyev Mərkəzində rayonun ümumi təhsil məktəb şagirdlərinin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirmişdir.
Rayon Təhsil Şöbəsinin rəhbərləri ilə görüşdə tədrisin kefiyyətinin yüksəldilməsi üçün görülməli olan işlər mövzusu ətrafında fikir mübadiləsi aparılmış, hər üç rayon məktəblərinin buraxılış imtahanları, ali məktəblərə qəbul, Respublika Fənn Olimpiadalarında əldə etdikləri nəticələr müzakirə edilmiş, tövsiyə və tapşırıqlar verilmişdir. Görüşdən sonra Rəşad Tağıyev rayonda yeni tikilən məktəblərdə olmuş və görülmüş işlərlə yerində yaxından tanış olmuşdur.