Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun-Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda onlayn tədbir

04 iyun 2021 | 16:00

04 iyun tarixində Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “15 iyun-Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda onlayn tədbir keçirildi.

İlk olaraq Ulu öndər Heydər Əliyev və Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbir iştirakçılarını salamladı. D. İbayeva çıxış edərək Ulu öndər Heydər Əliyevin əsl şəxsiyyət, dahi lider olmasından, onun Azərbaycanın dövlət quruculuğundakı rolundan danışdı. Ulu Öndər Heydər Əliyevin 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvələrində Azərbaycanda böyük tarix yazdığını, 90-cı illərin birinci yarısında Azərbaycanı dağılmaqdan xilas etdiyini qeyd etdi.

Tədbirdə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan xalqına və dövlətinə verdiyi töhfələrdən söz açdı.
G. Vəkilzadə Ulu Öndər Heydər Əliyev irsinin Azərbaycan üçün müasir ordu quruculuğunu miras qoyduğunu qeyd etdi. Məhz bu mirasın inkişaf etdirilməsi nəticəsində Azərbaycanın tarixi torpaqlarını Ulu Öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildiyini diqqətə çəkdi. Çıxışının sonunda G. Vəkilzadə bildirdi ki, 44 günlük Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən qazanılmış şanlı Zəfər ölkə başçımızın yürütdüyü siyasətin uğurlu nəticəsidir.
Tədbir çərçivəsində Masallı Dövlət Regional  Kollecinin direktor müavini Dilarə Hüseynova Ulu Öndər Heydər Əliyevin təhsil sistemində etdiyi islahatları xüsusi qeyd etdi. Ümummilli lider Heydər Əliyevin fədakar əməyindən, xalqına, vətəninə sonsuz məhəbbətindən söz açdı. Sonda D. Hüseynova Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirən Cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə Heydər Əliyev ideyalarını yaşatdığını, inkişaf etdirdiyini qeyd etdi.

Keçidlər