Masallıda “Qəhrəmanlarımızı tanıdaq” layihəsi davam edir
08 İyun 2021 ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı Əli Alışlı ilə onlayn görüş keçirilmişdir.
Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.
Tədbirdə II Qarabağ müharibəsinin iştirakçısı Əli Alışlı çıxışında qeyd etmişdir ki,
44 gün davam edən Vətən Müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.
Vətən müharibəsi iştirakçısı Əli Alışlı II Qarabağ savaşında keçdikləri döyüş yolları haqqında məlumat verib. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşüb. Gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün öz tövsiyələrini verib, gənclərin maraqlandıran suallarını cavablandırıb.