Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda vakant vəzifələrə Vətən müharibəsi iştirakçıları təyin olundu

10 iyun 2021 | 16:00

Masallıda rayon İcra hakimiyyəti başçısının müvafiq Əmri ilə 3 nəfər Vətən müharibəsi iştirakçısı yeni vəzifələrə təyin olunmuşdur. Həmçinin 1 nəfər Vətən müharibəsi iştirakçısı Regional Mədəniyyət İdarəsi tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində yeni vəzifəyə təyin olunmuşdur.

Belə ki, Həbib Musaxan oğlu Həbibov Masallı rayon İcra hakimiyyəti başçsının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Qismət oğlu Əkbərov Masallı rayon İcra hakimiyyəti başçsının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Rövşən oğlu Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunmuşlar.

Yeni təyinat olmış müharibə veteranları barədə məlumatlar aşağıdakı kimidir:

Həbib Musaxan oğlu Həbibov 17.02.1973-cü ildə Masallı rayon Yelağac kəndində anadan olmuşdur. 1990-1992 ci illərdə Rusiya Federasiyasında, 1992-1994-cü illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant, 1994-2019-cu illərdə N saylı hərbi hissədə tağım komandiri, bölük komandiri və avtomobil xidmət rəisi vəzifələrində çalışmışdır. 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı da avtomobil xidmət rəisi kimi iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  ”Qüsursuz xidmətlərə görə” III dərəcəli, ”Qüsursuz xidmətlərə görə” II dərəcəli, ”Qüsursuz xidmətlərə görə” I dərəcəli və ”Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif olunmuşdur.

Şahmar Qismət oğlu Əkbərov 27.02.1984-cü il Masallı rayon Çaxırlı kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində idarə etmə mühəndisliyi Ixtisası üzrə kursant, 2005-2008-ci illərdə N saylı hərbi hissədə bölük komandiri, 2008-2020-ci illərdə Masallı rayonunda müxtəlif özəl şirkətlərdə satış təmsilcisi və 2020-ci ildə başlanan Vətən müharibəsində bölük komandiri kimi döyüşlərə qatılmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Samir Rövşən oğlu Həsənzadə 20.01.1993-cü ildə Masallı rayonunun Musaküçə kəndində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində menecment ixtisasi üzrə ali təhsil almışdır. 2018-2019-cu illərdə N saylı hərbi hissədə əsgər kimi xidmət etmiş və 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.

Aqşin Şahin oğlu Quliyev 01.09.1994-cü ildə Masallı rayon Həsənli kəndində anadan olmuşdur. 2011-2015-ci illərdə Sumqayıt Dövlət Universitetində tarix müəllimliyi ixtisasını bitimişdir. 2015-2016-cı illərdə N saylı hərbi hissədə kiçik çavuş, 2019-2020-ci illərdə Xaqani oteldə qeydiyyatçı kimi çalışmşdır. 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.

Keçidlər