XIRMANDALININ BAL KİMİ ŞİRİN YEMİŞİ...
11 iyun 2021 | 16:00
Xırmandalıda bostan sahələrində məhsul yığımına start verildi. Kənd ərazi nümayəndəsinin müavini Vidadi Abbasovdan aldığımız məlumatda bildirilir ki, fermerlər örtük altında yetişdirdilkəri 200 hektar yemiş sahəsindən qısa müddətdə 50 tona yaxın məhsul yığıb bazarlara göndərmişlər.
Fermerlərdən Hasil İsmayılov, Mürüvvət Abbasov, Ramin Əsədov, Vidadi Qəmbərov və başqaları hər gün bağlardan 150-200 kiloqram məhsul dərərək bazarlarda kiloqramını 50-70 qəpik arasında satmağa nail olurlar. Alıcılar Xırmandalının bal kimi şirin yemişini qoxusundan tanıyırlar...
Məhsul yığımı davam edir.