Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon Qadınlar Şurası Öncəqala kəndində

11 sentyabr 2015 | 15:00

11 sentyabr 2015-ci il tarixdə  YAP Masallı rayon Qadınlar Şurası Öncəqala kəndində qadınların növbəti görüşü keçirilib.
    Görüşü giriş sözü açan Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbin direktoru, şura üzvü Elmira Zeynalova  qonaqları salamladı və sözü Qadınlar şurasının sədri Gülşən Xəlilovaya verdi.
     Qadınlar şurasının sədri Gülşən Xəlilova əvvəlcə kənd qadınlarını səmiyyətlə salamlayaraq  sonra iclası başladı. G. Xəlilova  çıxışında qeyd etdi ki, tədbirdə şuranın dörd üzvü iştirak edir. 15-ə yaxın kəndlərdə qadınlarla işgüzar görüşümüz olub və belə görüşlərimiz davam etdiriləcəkdir. G. Xəlilova bildirdi ki, sizin hər bir xahiş və təkliflərinizi yerinə yetirməyə çalışacaq , lazımı ünvanlara çatdıracağıq. Məqsədimiz  qadınlarla sıx əlaqə qurmaqdır və buna nail oluruq.  Daha sonra  “Cəmiyyətdə qadınların rolu” , “ Erkən nikahın fəsadları”, “ Savadlı ana-sağlam cəmiyyət” mövzularında söhbət açaraq qarşıdan gələn Parlament seçkilərində zəif cinsin nümayəndələri kimi qadınları fəal olmağa çağıran G. Xəlilova bunun gender bərabərliyinin nümunəsi olduğunu vurğuladı. Natiq bildirdi ki, biz Möhtərəm Prezidentimiz cənab İlham  Əliyevin ətrafında sız birləşməliyik.
     Qadınlar şurasının sədr müavini , Şəhər 3 saylı körpələr-evi uşaq bağçasının müdiri Mehparə Məmmədova bildirdi ki, qarşıdan Parlament seçkiləri gəlir. Bu siyasi kompaniyaya ciddi hazırlaşmalıyıq. Biz qadınlar həmişəki kimi seçkilərdə fəal iştirak etməliyik.
    Şura üzvləri , RİHB aparatının baş məsləhətçisi Nigar Kərimova  xanımlara təhsil, ailə, məişət və s. məsələlərdən söhbət açdı, bir vaxt adı sayılan erkən nikahın fəsadlarını izah etdi. Məktəbli qızların erkən nikahı ilə bağlı görülən işlər və tədbirlər barədə məlumat verdi, bu sahədə əlaqədar təşkilatlar qarşısında duran vəzifəni diqqətə çatdırdı.
     Öncəqala ərazi vahidi üzrə Öncəqala , Hüseynhacılı kəndlərindən olan ziyalı və fəal qadınlar çıxış etdilər. Sədaqət Nəsirova, Gülnaz Məmmədova, Ofeliya Rəhimova, Səbinə Məmmədova, Rəqibə Məmmədova, Aytən Mahmudova, Aidə Şəmmədova, Adilə Məmmədova, Validə Mirzəyeva və başqaları onları maraqlandıran suallara cavab tapdı, növbəti parlament seçkilərində də fəal olmağı və ən layiqli namizədə səs verməyi bildirdi.
      Yekun olaraq qadınlarla xatirə şəkli çəkdirildi.

Keçidlər