Yeddioymaq-Qızılağac yolu təmir olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bunu Masallı rayonunun timsalında da görmək olar. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son illər şəhər, kənd və qəsəbələrimizin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb, küçələrə yeni asfalt döşənib və cari ildə də yol infrastrukturunun yenilənməsi davam etdirilir.
Bu günlərdə AAYDA (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin) Masallı rayon 47 nömrəli MMC-nin inşaatçıları Yeddioymaq-Qızılağac kənd yolunun əsas hissəsindən keçən dağılmış asfalt qatlarının təmir olunması prosesini həyata keçirilmişlər.
Masallı Yol İdaəsindən mühəndis Məmməd Ağa Dadaşovun redaksiyamıza bildirdiyi məlumatda qeyd olunur ki, Yeddioymaq-Qızılağac marşrutu üzrə yaşayan kənd sakinləri AAYDA (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin) Masallı rayon 47 nömrəli MMC-nin inşaatçılarına, xüsusən iş icraçısı Ramiz Əliyev, Cəfər Cəfərov, sürücülərdən Tacəddin Əzimov, Rəşad Kazımov, avtoqreyderçi Yaşar Əliyev, baş mühəndis Beytulla Kərimov və başqaları əməyi keçən hər bir kəsə təşəkkürünü bildirir.