Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA «YAŞIL QIZIL»IN İNKİŞAFINA DİQQƏT ARTIRILIR

13 iyun 2021 | 16:00

“Azərsun” Holdinq şirkəti Kolatanın «Sığaçolə» deyilən ərazisində yaşıl çay yarpağının birinci dərimini başa çatdırıblar. Şirkətin nümayəndəsi Altay Abbasovun verdiyi məlumata görə çay ustaları ilk dərimdə fabrikə 9 ton 375 kiloqram məhsul yola salıblar ki, bu da ötən ilki nəticədən 11 faiz artıqdır.

Aygül Bəşirova, Həbibə Kişiyeva, İradə Şahverdiyeva, Könül Əliyeva  və başqaları tarlalardan daha çox yaşıl çay yarpağı yığmışlar. Kollektiv nəticələri yüksəltmək üçün plantasiyaların suvarılmasını müntəzəm davam etdirirlər.

Keçidlər