Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB

16 iyun 2021 | 16:00

Masallı rayonunda mayın əvvəllərindən başlanan tütün əkini kampaniyası başa çatıb.
Rayonun əksər yaşayış məntəqələrində tütün əkilib. Fermerlər və məhsul istehsalçıları örtük altında yetişdirdikləri şitilləri 52 hektar sahəyə köçürüblər.
Məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növlü ətirli tütünə üstünlük veriblər.
Masallıda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. 2019-cu ildə rayonda tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə 57,2 ton qurudulmuş tütün təhvil veriblər.
Qeyd edək ki, hər il tütün əkin sahələri genişləndirilir. Cari ildə rayonda 52 hektar sahədə tütün əkilərək əkin aqrotexniki qaydalar əsasında başa çatdırılıb.

Keçidlər