Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil millətin gələcəyidir

17 iyun 2021 | 16:00

17 iyun 2021-ci il tarixdə Masallı RİH başçısı yeni yay məktəblərinin təşkili ilə əlaqədar şəhər 1 nömrəli və Göyəçöl kənd tam orta məktəblərində olub.

Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov əvvəlcə yeni yay məktəblərinin təşkili və başlanması münasibətilə pedaqoji kollektivləri səmimi salamlamış, sonra sinif otaqlarını gəzmişdir.

İcra başçısı qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə 44 günlük Vətən müharibəsindən sonra ictimai-siyasi sabitlik  daha da möhkəmlənir, iqtisadiyyat inkişafdadır, bütün sahələrdə islahatlar davam edir. 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Rayon rəhbəri müasir tələblərə cavab verən Göyəçöl kənd  tam orta məktəbin foyesində təşkil olunan məktəb şagirdlərinin və məzunlarının, həmçinin müəllimlərin əl işlərindən ibarət sənət və rəsm sərgisinə baxıb. Sərgi Masallı RİH başçısında olduqca xoş təəssürat yaradıb. Abdulbağı Abdullayevin, Eldəniz Əliyevin və Xədicə Xanəliyevanın yaradıcılığında uğurlar arzuladı.
Görüş zamanı məktəbdə respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunmuşdur. Belə ki, icra başçısı ara məsafəsi saxlamaqla məktəblərdə 14 sinifi gəzib, hər bir məktəblinin dərs oxuması və dərslərə davamiyyəti barədə söhbbət edib. O, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla sağlam həyata qayıtmağı bildirib.

Qeyd edək ki, respublikamızın hər yerində olduğu kimi, Masallıda da, o cümlədən, şəhər 1 nömrəli və Göyəçöl kənd  tam orta məktəblərində də yay məktəblərinin təşkili və başlanması qənaətbəxşdir.
İcra başçısı mövcud vəziyyətlə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər