Gənclərimizin könüllü şəkildə vaksin olunması davam edir
17 iyun 2021 | 16:00
Koronavirus (COVİD - 19) pandemiyasına qarşı ölkəmizdə vaksinasiya prosesi hal-hazırda davam edir. Dünyanı bürüyən, ölkəmizdən də yan keçməyən virusa qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi dövlətimizin atdığı ən mühüm addımlardan biridir.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları Koronavirus (COVİD - 19) infeksiyasına qarşı mübarizə çərçivəsində Masallı rayon Mərkəzi xəstaxanasında vaksinasiya olunmuşdurlar.
18 yaşdan yuxarı bütün şəxslərə sağlamlığı üçün Koronavirus (COVİD - 19) infeksiyasına qarşı vaksinasiya olunmasını tövsiyyə edirik.Sizlər də vaksin olunaraq təhlükəni özünüzdən uzaqlaşdırın.