Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu
İyun ayının 18-də Karantin qaydaları gözlənilməklə Masallı Rayon Heydər Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Masallı rayon Tarix-Diyarşünaslıq və Şəhər XI illik İncəsənət Məktəbinin əməkdaşlarının iştirakı ilə “Aşıq Ələsgərin saz-söz dünyası” mövzusunda tədbir keçirilib.
İlk öncə, Şəhidlərimizin və ustad sənətkar Aşıq Ələsgərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq qeyd edib ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin qüdrətli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. D. İbayeva çıxışının davamında bildirib ki, Ümummilli lider Heydər Əliyev Aşıq Ələsgər irsinə böyük sayğı ilə yanaşmış, aşığın 150 illik yubileyi məhz Ulu Öndərin təşəbbüsü ilə respublikamızda və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilmiş, doğma Göyçə mahalında büstü ucaldılmışdır. Daha sonra sözü Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verib. Mərkəzin əməkdaşı G. Vəkilzadə Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıb. O, qeyd edib ki, XIX əsr boyunca və XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər sazının, şeirinin, dastanının möcüzəsi ilə yeni ömür başlanıb. Şeirlərində bəşəri ideyeyaları, fəlsəfi dünyagörüşü, humanizmi, ülvi hissləri, vətənpərvərliyi, təbiətə və insanlığa sevgini, ədalətli, qürurlu yaşamağı təbliğ edən Aşıq Ələsgərin saz və söz sənətinin inkişafına müstəsna təsir göstərdiyini qeyd edib.
Tədbir çərçivəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin gənc könüllülərinin ifasında və gənc saz ifaçısı Anar İmanovun müşayiəti ilə Aşıq Ələsgərin qoşmalarından ibarət kompozisiya təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.