Şriftin ölçüsü :

Saytın rəngi :

Kalinovka kəndinə təbii qaz verildi

28 sentyabr 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görülür.
2015-ci il sentyabrın 28-də rayonun Kalinovka kəndinə təbii qaz verilmişdir. 524 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Kalinovka kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə - təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Alim Ələmov, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Qismət Əsgərov, kənd ağsaqqallar şurasının sədri Məzahim Mirzəyev, veteran müəllim Əlisa Qədiyev, müəllim Pərvin Rəsulova və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. 
Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov “Azəriqaz” İB-nin nümayəndəsi Qismət Əsgərovla birgə təbii qaz verilməsini nümayiş edən alovu alışdırmışdır.

Keçidlər