Masallı rayonunda barama təhvili davam edir
21 iyun 2021 | 16:00
Masallıda ənənəvi təsərrüfat sahəsi olan baramaçılıq ildən-ilə inkişaf etdirilir. Kümçülər iqtisadi cəhətdən sərfəli olan baramaçılığa diqqəti artırırlar.
Cari mövsümdə 140 qutu barama toxumunu becərən kümçülər keyfiyyətli məhsul əldə ediblər. İyunun 10-da rayonda barama qəbuluna başlanılmışdır.
Qəbul məntəqəsinə Boradigah, Türkoba, Tüklə, Şıxlar, Yeyənkənd və başqa ərazilərdən ilk barama məhsulu gətirilmişdir.
Masallı DAİM-in rəisi Seymur Nuriyevin redaksiyamıza verdiyi məlumata görə 21 iyun 2021-ci il tarixə kimi qəbul məntəqəsinə 5609,9 kiloqram məhsul gətirimişdir ki, bunun da 2826 kiloqramı yüksək keyfiyyətlə qəbul edilmişdir.
Rayonda barama təhvili davam edir.