Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar tədbir keçirilib.

22 iyun 2021 | 16:00

22 iyun tarixində Masallı Rayon Mərkəzi Kitabxanasında Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kitabxananın əməkdaşları iştirak edib.

Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Böyük Vətən müharibəsi 1941-ci il 22 iyunda Hitler Almaniyasının keçmiş SSRİ ərazisinə qəfil hücumu ilə başladı. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli sayda hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında bütün Sovet xalqları birləşdi. Bununla da, düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildi.

Sonra çıxış edən kitabxananın işçisi Nahidə Fərəcova diqqətə çatdırıb ki, düşmənin məğlub edilməsində başqa xalqların nümayəndələri ilə yanaşı, dünyanı faşizmdən xilas etməyə nail olmuş və döyüşlərdə böyük şücaətlər göstərmiş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Keçidlər