Şriftin ölçüsü :

Saytın rəngi :

Təzə Alvadı kəndində qadınlarla görüş

02 oktyabr 2015 | 15:00

YAP rayon təşkilatı Qadınlar Şurasının Təzə Alvadıda keçirdiyi tədbiri giriş sözü ilə şura üzvü, kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova açdı. Sözçü qeyd etdi ki, bu gün Azərbaycanda ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələr həyata keçirilir. Regionlara da sirayət edən bu reallıq fəal qadınların üzərinə düşən məsuliyyəti artırır, onların qarşısında yeni vəzifələr qoyur.
Qadınlar Şurasının sədri Gülşən Xəlilova çıxışında bildirdi ki, görüşün məqsədi valideyn-övlad, məktəb-ailə və mövcud məişət problemlərinə aydınlıq gətirməkdir. 25 üzvdən ibarət olan Qadınlar Şurasının fəaliyyəti barədə məlumat verən Gülşən Xəlilova Təzə Alvadıda da təcrübəli, işgüzar qadınların istisna olmadığını söylədi, onların timsalında Göyçək Ələsgərovanın fəallığını təqdir etdi.
Daha sonra erkən nikah, məişət zorakılığı, boşanma və s kimi problemlərdən söz salan Şura sədri qeyd etdi ki, hər yerdə olduğu kimi bu kənddə də problemin olması qaçılmazdır. Adət-ənənə və mentaliteti bəhanə gətirənlər qadın zorakılığına haqq qazandırmamalıdır.
Şura üzvləri Nigar Kərimova və Nuranə Əliyeva gənc nəsil arasında milli-mənəvi dəyərlərin qorunub saxlanmasını, ailə qurarkən düzgün seçimin vacibliyini qeyd etdilər. Hər iki çıxışda son 3 ildə erkən nikahın azalması mübarizə tədbirlərinin nəticəsi kimi səciyyələndi. Ötən illərə nisbətən bu il ali məktəblərə qəbul olmuş qızların üstünlük təşkil etdiyi nəzərə çatdırıldı. Yeni açılmış Masallı Dövlət Regional Kollecinin təhsil almaq istəyən qızlarımız üçün əvəzsiz töhfə olduğu vurğulandı.  
Müzakirələrdə Gövhər Quliyeva və Antonina Məmmədova məktəblilər üçün piyada keçidi, səki yaradılması və kəndara yolların təmir edilməsi təklifini səsləndirdi. Mehriban Əhədova bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdi. Həqiqət Abuşova və Şükufə Hacıyeva isə sosial problemlərinin həllinə görə hər kəsə, o cümlədən Qadınların Şurasının üzvlərinə minnətdarlıq ifadə etdilər.
       

Keçidlər