Şriftin ölçüsü :

Saytın rəngi :

Hişkədərə kəndində Şəhidlər xiyabanının açılışı oldu

24 iyun 2021 | 16:00

Masallı RİH başçısı Şahin Məmmədov Hişkədərədə Şəhidlər xiyabanının açılışında iştirak edib

Hişkədərəlilər Vətən uğrunda şəhidliyi qəbul edən igid oğullarının adlarını həmişə fəxrlə çəkir, ehtiram bəsləyirlər.

24 iyun 2021-ci il tarixdə kəndin mərkəzində yaradılmış Şəhidlər xiyabanı kompleksinin qarşısı izdihamlı idi. Kənd sakinləri Vətən uğrunda canlarını qurban verib şəhid olmuş övladlarının abidə kompleksinin açılışına toplaşmışdılar. İyunun  24-ü həm də şəhid Vüqar Əliyevin  anadan olduğu gündür.

Yüksək memarlıq üslubu ilə qurulmuş abidənin mərmər lövhəsində 8 şəhidin portreti nəxş olunub. Abidənin ətrafında bəzək ağacları əkilib, işıqlandırma sistemi qurulub. Bir sözlə, abidənin ünvanı hər gün yüzlərlə insanın ötüb keçdiyi kəndin mərkəzindədir. Təşəbbüsçülər Hişkədərə məktəbinin 1991-cı il məzunlarıdır.

Açılışda iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov abidə önünə gələn şəhid ailələri, kənd sakinləri ilə görüşüb söhbət etdi. 44 günlük müharibənin şəhidlərimizin qanı ilə qələbəylə başa çatdığını bildirdi.

Qarabağ döyüşündə 4 şəhid verən əraziniz Vətən müharibəsində  də 4 igidin şəhidlik zirvəsində qərar tutması ilə fəxr etdiyini söylədi.

Həmişə demişəm, bu gün də şəhid valideynlərinə deyirəm ki, başınızı dik tutun. Sizə kədərlənmək yaraşmır. Övladlarınız torpaqlarımızı işğaldan azad etmək üçün elə şücaət göstəriblər ki, siz bununla yalnız fəxr etməlisiniz. Onların adları Azərbaycan tarixində xüsusilə qeyd edilir.

Müharibədən sonra rayonda şəhidlərimizin xatirəsinə 15 bulaq, 8 abidə yaradılıb. Muharibə başlananda bu kənddən 23 nəfər səfərbər olunub. Hər iki müharibədə həlak olanların altısı zabitdir. Elşad Ağayev “Azərbaycan bayrağı” ordenlidir.

Ermənilər torpaqlarımızı işğal edəndə Ulu Öndər demişdi ki, biz əzəli torpaqlarımıza mütləq qayıdacağıq.  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə bunu reallaşdırdı. Dəmir yumruğu ilə düşmənin başını əzdi. Bu dəmir yumruq isə xalqımızın birliyi, şəhidlərimizin qanı idi. Ola bilməzdi ki, ərazisi, əhalisi, ordusu bizdən az olan Ermənistandan qisas alınmasın.

Rayon rəhbəri şəhid Zaur Hüseynovun bir yaşlı yadigar balası – Zeynəb ilə görüşüb saçlarını oxşadı.

Kənd ağsaqqalı Nəriman Qafarov isə qeyd etdi ki, mən onlara şəhid yox, qəhrəman deyirəm. Onlar daim qəlbimizdədir.

RİH başçısı aparatı, rayonun hüquq-mühafizə idarələrinin rəhbərləri, şəhid ailələri abidə önünə tər qərənfillər qoyaraq ehtiram göstərdilər.

Keçidlər