Rayon təhsil şöbəsində IX və XI sinif şagirdlərinin buraxılış imtahlarının nəticələri müzakirə olundu
25.06.2021-ci il tarixdə Masallı RTŞ, məktəb direktorları, direktor müavinlərinin və fənn müəllimlərinin iştirakı ilə "Ötən dərs ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr" mövzusunda onlayn iclas keçirildi. İclasda 760 nəfər iştirak edirdi. Canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verdi ki, rayon Təhsil Şöbəsinin Fəaliyyət Planına uyğun olaraq IX və XI sinif şagirdlərinin buraxılış imtahlarının nəticələri müzakirə olunur. Bununla bağlı təhlillər aparılacaq və qarşıda duran hədəflər müəyyən ediləcəkdir.
IX və XI sinif şagirdlərinin buraxılış imtahalarının nəticələri haqqında Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov məruzə edərək aparılmış təhlilər barədə məlumat verdi. Məruzəçi qeyd etdi ki, 2019-2020-ci tədris ilində IX-XI sinif şagirdlərinin sayı 3673, 2020-2021-ci tədris ilində isə 3987 nəfər olmuşdur. Q.Hətəmov şagirdlərin buraxılış imtahalarında son iki tədris ilində fənlər üzrə göstərdiyi nəticələr, eyni zamanda məktəblərin reytinqləri haqqında geniş məlumat verdi. Məruzədə qeyd olundu ki, IX siniflərin buraxılış imtahalarında Çayqıraq, Mololon, Bala Kolatan, “Dəfinə” məktəb-liseyi, Masallı şəhər 3 nömrəli, Hişkədərə və s, XI siniflərin buraxılış imtahalarında Miyankü, Masallı şəhər 2 nömrəli, Təzə Alvadı kənd 1 nömrəli, Binə Xocavar, Qızılağac kənd 1 nömrəli və s. məktəbləri daha yüksək nəticələr göstərmişlər. IX siniflər üzrə buraxılış imtahanlarında Zuvandlı, Hacıtəpə, Qədirli, Tüklə, Kubin, Sirəbil və s, XI siniflər üzrə isə Hacıtəpə, Səmidxan, Yeddioymaq 2 nömrəli, Ərkivan qəsəbə 3 nömrəli, Musaküçə və s. məktəbləri zəif nəticələr göstərmişlər.
Məruzədə fənlər üzrə nəticələrin müqaisəli təhlili aparılmış, şagirdləri yüksək və zəif nəticələr əldə etmiş müəllimlər, buraxılış imtahalarında yüksək nəticələrə nail olmuş şagirdlər haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, 46 şagird 250 baldan yuxarı nəticə göstərmişdir. Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov məktəb rəhbərlərinə IX və XI sinif şagirdlərinin illik qiymətlndirilməsinin aparılması, UTİS və “Şagird-məzun” sistemlərində işlənməsi barədə tapşırıq verdi. O, həmçinin qeyd etdi ki, Təhsil Nazirliyinin tapşırığına əsasən “Yay məktəbi”nin daha yaxşı təşkil etmiş məktəblər rəğbətləndiriləcəkdir.
İclasda Tüklə kənd tam orta məktəbinin direktoru H.Qurbanov və məktəbin riyaziyyat müəllimi R.Şirinov, Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbinin direktor əvəzi E.Əsədov və rus dili müəllimi A.Abasov, Zuvandlı kənd ümumi orta məktəbin direktoru Ə Muradov və məktəbin Azərbaycan dili müəllimi S.Əhmədov, Bala Kolatan kənd tam orta məktəbinin direktoru E.Qulamov və Azərbaycan dili müəllimi X.Şahbazova və başqaları çıxış etdilər.
İclasın sonunda çıxış edən Tariyel Əkbərov qeyd etdi ki, təhlillər göstərir ki, çox vaxt müəllimlərin şagirdlərə verdiyi illik qiymətlər onların buraxılış və qəbul imtahanlarında aldığı qiymətlərilə uyğunsuzluq təşkil edir. O, əlavə etdi ki, yeni dərs ilində dərs bölgüsü hər bir müəllimin şagirdlərinin təlim nailiyyətlərinə görə aparılacaqdır.
Tariyel Əkbərov qeyd etdi ki, rayonda Olimpiada Mərkəzi yaradılacaqdır. O, bu mərkəz üçün xüsusi istedadı olan şagirdləri seçməyi tapşırdı və müəllimləri Olimpiada Mərkəzinin işində daha fəal iştirak etməyə dəvət etdi. Tariyel Əkbərov yay tətili dövründə şagirdləri nəzarətdə saxlamaq, xüsusi hallar barədə Rayon Təhsil Şöbəsinə dərhal məlumat vermək, üzrsüz səbəbdən vaksinasiyadan keçməyən təhsil işçilərini peyvəndlənməyə cəlb etmək, vətəndaş müraciətlərinə həssaslıqla yanaşmaq və vətəndaş məmnunluğunu təmin etmək, tarifləşmə cədvəllərinin yeni dərs ilinin başlağıcınadək RTŞ-nə təqdim etmək haqqında tapşırıq verdi.
İclasın sonunda iclas iştirakçılarının sualları cavablandırıldı.