Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix-Diyarşünaslıq muzeyində 26 İyun Silahli Qüvvələr günü qeyd olunub

25 iyun 2021 | 16:00

İyun ayının 25-də  karantin qaydaları gözlənilməklə R.Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyində 26 İyun  Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar  Vətən  Müharibəsi  iştirakçıları ,qazilər,  Şəhid ailələri,  Masallı Regional Mədəniyyət İdarəsi , Masallı Dövlət Rəsm Qaleretyası,Masallı Mərkəzi kitabxana, Asan Xidmətin Könüllüləri ,  İncəsənət məktəbinin  şagird və müəllim, İcra Hakimiyəti yanında Vətən Müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi  nümayəndələrinin  iştirakı ilə “Keçmişimiz və bu günümüz”  mövzusunda  tədbir keçirilib.
     İlk öncə torpaqlarımız uğrunda canından keçən  Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla  yad edildi. Sonra  muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən dövlətçiliyin və Nizami ordu qucluğu istiqamətində inkişaf etməsi yolunda əməyi olan əsgərlərimizdən,  Azərbaycanda Ali Hərbi məktəblərin yaradılmasının səbəbkarı olan Ulu öndər Heydər  Əliyevdən  danışdı.Bu gün Qafqazda  ən müasir ordu hesab olunan Azərbaycan Milli ordusu  öz mərd, cəngavər əsgərləri ilə Qarabağda zəfərini qazanan  bir ordu olduğunu sübut etdi.
     Daha sonra muzeyin elmi işçisi Dilguşə Məmmədova  “Keçmişimiz və bu günümüz “adlı məruzəsində 103 illik  şanlı ordumuzun yaranma tarixi  və bu günkü şöhrətindən geniş danışdı.
     Şəhid anası Ziba xanım, Vətən Müharibəsinin iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi  Nurlan  Muradov , Hərbi müəllim Rafiq Abbasov  çıxış ederək  bu gün  26 iyun Azərbaycan  Respublikası  Silahlı Qüvvələr günün  tam,azad,bütov  Azərbaycan olaraq  qeyd etdiyimizə  görə fəxarət hissi keçirdiklərindən  və buna gördə Prezdentimizə  və Müzəffər ordumuza  minnətdarlıqlarını bildirdilər.
  Tədbirdə iştirak edən Vətən  Müharibəsi  iştirakçılarına  26 İyun  Silahlı Qüvvələr Günü  münasibətilə Azərbaycan Dövlət  mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda layiqli xidmətinə görə Təşəkkürnamə ilə təltif edildilər.
     Tədbirdə balaca fidanların ifasında hərbi ruhda kompazısiya  dinlənldi.
     Tədbirin  sonunda qonaqların  iştirakı ilə  muzeyin ekspozisiya  zalında  Qarbağ şəhidlərinin  əşylarından və incəsənət məktəbinin  rəssamları  tərəfindən   çəkilən müharibə və qəhrmanlar  mövzulu  rəsm  əsərlərindən  hazırlanan  sərgiyə baxış keçirildi və xatirə şəkil çəkildi.

Keçidlər