KOLATININ «YAŞIL QIZIL» PLANTASİYALARINDA HƏYAT QAYNAYIR
26 iyun 2021 | 16:00
Kolatanın “Sığaçola” deyilən sahəsində “Azərsun xoldinq» şirkətinə məxsus 100 hektar çay plantasiyasında məhsul yığımının birinci dərişindən sonra becərmə və suvarma tədbirləri həyata keçirilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşları xəbər verir ki, kollektiv çay yarpağı yığımının ikinci mərhələsində məhsuldarlığı yüksəltmək üçün suvarmanı mütəmadi həyata keçirir. Hazırda dərələrarası kiçik sututarlara su toplanır, çənlərdən çay sahələrinə borular vasitəsilə su axıdılır.
Yaxın günlərdə çay yarpağı yığımının ikinci mərhələsinə başlanacaq.