Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələri və Vətən müharibəsi iştirakçısı ziyarət olunub.

25 iyun 2021 | 16:00

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, İdarə əməkdaşları, tabe müəssisə rəhbərləri rayonun bir neçə kəndində şəhid ailələri və Vətən müharibəsi iştirakçısını ziyarət ediblər.

Sözügedən məqsədlə, ilk olaraq rayonun Şərəfə kəndində şəhid Nurlan Fərrux oğlu Əbilovun ailəsi ziyarət olunub. Sonra İdarə rəhbərliyi Musaküçə və Bala Kolatan kəndlərində Vətən müharibəsi iştirakçısı Mənsim Zahid oğlu Mənsimli və şəhid Əli Turac oğlu Quliyevin ailəsinin qonağı olub.

İdarə rəisi ailələrlə görüşləri zamanı valideynlərin dərdini bölüşüb, şəhid vətən oğullarının ruhuna dərin sayğı ifadə edərək onlara Allahdan rəhmət diləyib. O, ailə üzvləri ilə söhbətlərində şəhid ailələri və müharibə iştirakçılarını ziyarət edərək onlara mənəvi dəstək olmağa çalışdığını, bunu özünə vətəndaşlıq borcu hesab etdiyini bildirib. Rəis həmçinin, şəhid və müharibə iştirakçılarının problemlərinə həssas yanaşdığını, mövcud imkanlar çərçivəsində müvafiq köməkliyin göstərildiyini deyib.

Keçidlər