Masallı Gənclər Evinin əməkdaşları şəhid ailələrini ziyarət etdi.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Hadıyev Vüsal Balarəzi oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidin ailəsinin qayğıları dinlənilib.Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
Hadıyev Vüsal Balarəzi oğlu 18 oktyabr 2000-ci il tarixdə Masallı şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Hadıyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
2020-ci ilin sentyabr ayının 27 — dən başlanan Ana Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
22 oktyabr 2020-ci ildə şəhid Vüsal Balarəzi oğlu Hadıyevin nəşi Masallı şəhər məzarlığında izdihamla dəfn olundu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı şəhərində anadan olan Vətən müharibəsinin şəhid əsgəri ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.Allah rəhmət eləsin!