Şriftin ölçüsü :

Saytın rəngi :

Ətirlisən, zəfəran

27 iyun 2021 | 16:00

Zəfəran xalqımızın qədim ədviyyat bitkisidir. İllər öncə rayonumuzda da əkilib-becərilirdi. Ancaq ötən əsrin 90-cı illərindən sonra bir sıra əkin növlərinin əkilib yetişdirilməsi unudulduğu kimi zəfəran da gərəksiz bitki kimi əkilmədi.

Bir neçə il əvvəl qəzetimizin zəfəran əkilməsi ilə bağlı təşəbbüsü rayonda yayıldı. Neçə-neçə şairin təəbində özünün məftunediciliyini  təsdiqləyən zəfəran yenidən əkilməyə başladı. Abşeron zəfəranı kimi tanınan dünya şöhrətli bu ədviyyat çox dəyərlidir. Rayonumuzda  isə  Cənub zəfəranı kimi statistikada  qeyd edilən bu bitki həyətyanı, payıbəlli torpaqlarda yetişdirilir. Keçən il rayon ərazisində 27,1 hektar sahədə əkilmiş bu gözəl, cəzibədar ətri ilə tanınan bitkidən 5 sentner məhsul götürülmüşdür.

Zəfəranın əkilib-becərilməsi çox da böyük zəhmət tələb etmir. Keyfiyyətli toxum, yumşaq torpaq, ilk vaxtlar suvarılması. Məhsulun yığılması da maraqlıdır. Günəş çıxar-çıxmaz zəfəran şehli-şehli daha rahat yığılır. Məhsulu “qızıl  tərəzi”də ölçülür – yəni qızıl qiymətindədir.

Rayonumuzda bu il zəfəranın əkin sahəsi 33,2 hektara çatdırılmışdır. Bir neçə gündür ki, bu ətirli ədviyyatın yığımı başlanıb.

Keçidlər