Şriftin ölçüsü :

Saytın rəngi :

“Baba bulağı”, “Təbiət evi”, Göycə alçası, Yapon gavalısı...

29 iyun 2021 | 16:00

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ötən ilin sentyabr ayının 10-da Mahmudavar kəndində olarkən təsərrüfatçılarla görüş zamanı qeyd etmişdir ki, kəndin inkişafı torpaqdan asılıdır. Torpaqsevər adam istədiyinə nail olur, dolanışığını təmin edir, rifahını yaxşılaşdırır. Bu, həqiqətən də belədir. “Baba bulağı” təbiət evinin zəhmətsevər kollektivi bunu əməli işlə subuta yetirir. Haqqında danışdığımız kiçik fermer müəsissəsi öz zəhməti, əməli işlərilə nümunə göstərirlər.

Mahmudavardakı “Baba bulağı” istirahət mərkəzi – “Təbiət evi”nin kollektivi bağlardan cari ilin məhsul yığımına başlamışdır.

İstirahət mərkəzinin direktoru, kənd bələdiyyəsinin sədri  Əfqan Babayevdən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşlarının aldığı məlumatdan aydın olur ki, bağbanlar 2 hektar Göycə alçası bağından 1 ton, 1 hektar Yapon gavalısı sahəsindən  900 kiloqrama yaxın məhsul yığaraq bazarlara çıxarmışlar.

Hazırda bağlarda məhsul dərimi davam edir.

Keçidlər