Masallı şəhər küçələrinin asfaltlaşması işinə start verilmişir.
Bu il üçün Masallı şəhərinin 22 küçəsində (Həsən Əliyev, N.Gəncəvi, S.Mehmandarov, Z.Yaqub, Xətai, X.Ulutürk, Ə.Rəcəbli, Z.Tağıyev, X.Şirvani, Cavanşir küçəsi döngə 1, Aşıq Alı, Azərbaycan küçəsi döngə 1 və döngə 2, Y.Məmmədəliyev, Təbriz küçəsi döngə 1 və döngə 2, A.Səhhət, İ.Əsgərli, Z.Əliyeva döngə 1, Qarabağ küçəsi döngə 4, Heydər Əliyev prospekti döngə 4 və S.Bəhlulzadə) asfalt beton təmiri işləri nəzərdə tutulmuşdur. Artıq bu işlərə start verilmişir. Belə ki, ümumi uzunluğu 9 km-ə yaxın şəhərin 22 küçəsində 38000kvm asfalt döşənməsi nəzərdə tutulmuşdur. Artıq uzunluğu 1200 metr olan Xətai küçəsinə 7200 kvm, uzunluğu 850 metr olan Əhməd Rəcəbli küçəsinə 3130 kvm, uzunluğu 636 metr olan N.Gəncəvi küçəsinə 2414 kvm, uzunluğu 636 metr oolan Həsən Əliyev küçəsinə 2290 kvm, uzunluğu 420 metr olan Heydər Əliyev prospekti döngə 3-də 1704 kvm, uzunluğu 290 metr olan A.Səhhət küçəsinə 1044 kvm və Aşıq Alı küçəsinin 110 metrlik hissəsinə 396 kvm asfalt örtük döşənmişdir. Əlavə olaraq hazırda uzunluğu 405 metr olan Təbriz küçəsi döngə 1 və döngə 2-də asfalta hazırlıq işləri görülmüş, uzunluğu 240 metr olan S.Mehmandarov küçəsində birinci qat asfalt ötrük döşənmişdir. Gündəlik olaraq digər küçələrin asfalt beton təmiri işləri barədə məlumatlar veriləcəkdir.