Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət etmişdir.
29 iyun 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Ağayev Ağamalı Şamil oğlunun ailəsini ziyarət etmişdir.
Ziyarət zamanı əsgər Ağayev Ağamalı Şamil oğlunun keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib. Və bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlah Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur Şəhidimizin ailəsi onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişdlər.
Şəhid əsgər Ağamalı Ağayev
Ağamalı Şamil oğlu Ağayev 23 sentyabr 1996-cı ildə Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb.
Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.Azərbaycan Ordusunun, İkinci Qarasbağ döyüşlərinin könüllü əsgəri olan Ağamalı Şamil oğlu Ağayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətəm müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
Ağamalı Ağayev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı yaralı hərbçini döyüş meydanından çıxaran zaman snayper gülləsi nəticəsində şəhid olub.
Çaxırlı kənd qəbiristanlığında dəfn edilib.
Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhid əsgəri Ağamalı Şamil oğlu Ağayev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.