Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
30 iyun 2021 | 16:00
30 iyun 2021-ci il tarixdə Masallı şəhəri ərazisində uzunluğu 240 metr olan Səməd bəy Mehmandarov, uzunluğu 405 metr olan Təbriz (döngə 1 və döngə 2) və uzunluğu 60 metr olan Zərifə Əliueva küçələrində asfaltlanma işləri yekunlaşmışdır. Eyni zamanda uzunluğu 500 metr olan Y.Məmmədəliyev və uzunluğu 450 metr olan Z.Yaqub küçəsində yol yatağının asfalta hazırlığı ilə əlaqədar çınqıl materialının verilməsinə başlanılmışdır.
Hazırda Masallı şəhərində asfaltlanma işləri ardıcıl olaraq davam etdirilir.