Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
01 iyul 2021 | 16:00
01 iyul 2021-ci il tarixdə Masallı şəhəri ərazisində uzunluğu 180 metr olan Cavanşir küçəsi döngə 1 küçəsində asfaltlanma işləri yekunlaşmışdır. Eyni zamanda uzunluğu 700 metr olan X.R.Ulutürk və uzunluğu 250 metr olan Azərbaycan küçəsi döngə 1 və döngə 2-də yol yatağının asfalta hazırlığı ilə əlaqədar çınqıl materialının verilməsinə, qreyderlə hamarlanma işlərinə başlanılmışdır.
Hazırda Masallı şəhərində asfaltlanma işləri ardıcıl olaraq davam etdirilir.