XƏSTƏLİKLƏRƏ QARŞI MÜBARİZƏ APARILIR
02 iyul 2021 | 16:00
Havaların isti keçməsi ilə əlaqədar ağcaqanad və digər zərərli həşəratların törətdiyi xəstəliklərin artması müşayiət olunur.
Bu məqsədlə Masallı Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin kollektivi profilaktiki tədbirlər həyata keçirilməsini davam etdirir.
Yaxın günlərdə şəhərin ümumyaşayış binalarının zirzəmilərində dezinfeksiya işləri başa çatdırılmışdır.
Dezinfeksiyaçılar rayonun Həsənli kəndinin yaşayış evlərində və bir çox sututarlarda da bu tədbiri vaxtında həyata keçiriblər.
Hazırda bununla bağlı işlər davam olunur.