QARĞIDALI ƏKİLİR
03 iyul 2021 | 16:00
Bu il rayonda qida qarğıdalısı əkininə başlanıb.
Fermerlər indiyə kimi 100 hektar sahədə əkini başa çatdırmışlar.
Mexanizatorlar daha 25 hektar sahəni əkinə hazırlayıb.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşları xəbər verir ki, Təklə, Xırmandalı, Qarğalıq, Qızılağac ərazilərinin fermerləri qida qarğıdalısı əkininin təşəbbüsçüləridir.